Koronavirusdan qorunmaq üçün maskalara mis örtük çəkiləcək... - Araşdırma

25 Dekabr 2021 14:15    468 Baxış   
Koronavirusdan qorunmaq üçün maskalara mis örtük çəkiləcək... -   Araşdırma

Saf mis və ya mis birləşmələrindən hazırlanmış örtük “SARS-CoV-2” koronavirusunu tez bir zamanda təsirsiz hala gətirə və ya məhv edə bilər.
Moderator.az xəbər verir ki, Kanadanın Vaterloo universitetinin mütəxəssislərinin bu kəşfi haqqında “APL Materials” jurnalında dərc olunan məqalədə bəhs edilib.

Alimlər 6 müxtəlif ultra-nazik mis və ya mis-oksid örtüyünün genetik olaraq “SARS-CoV-2”-yə bənzər koronavirus növü olan “HCov-229E” ilə necə qarşılıqlı təsirdə olduğunu öyrəniblər. Onlar şüşəyə və ya insan saçından min dəfə nazik olan parçaya mis örtük çəkib, sonra nümunəni viruslar olan məhlula batırıblar və ya örtüyə bir neçə damcı məhlul çəkiblər. Daha sonra örtüklə təmasda olan məhlul virusun yenilənmə sürətini ölçmək üçün sağlam hüceyrələrin möhtəviyyatına yerləşdirilib.

Məlum olub ki, mis və mis tərkibli birləşmələr virus əleyhinə təsirə malikdir və nano-ölçülü təbəqələrin fraqmentləri tərkibində virus olan mayedə həll olunanda həmin effekt daha da güclənir.

Tədqiqatçılar tibbi maskaların parçasına mis örtük çəkilə biləcəyi və onların geyildiyi zaman infeksiyadan qorunmanı əhəmiyyətli dərəcədə artıracağını bildirib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar