Koronovirusun daha bir yeni növü yayılır - “Delmicron”

27 Dekabr 2021 15:19    262 Baxış   
Koronovirusun daha bir yeni növü yayılır -  “Delmicron”

Koronovirusun “Omicron” ştamından sonra “Delmicron” növü yayılır.

Dominant.az xarici KİV-ə istinadən bildirir ki, bu növ “Delta” və “Omicron”un əlamətlərini özündə cəmləşdirir.

Elm adamları “Delta” və “Omicron” adlarının birləşməsindən yaranan bu növün ABŞ və Avropada COVİD-19 sunamisindən yarandığını bildirir.
“Delta” və “Omicron” variantının müxtəlif xüsusiyyətlərini daşıyan “Delmicron”un ciddi xəstəliklərə səbəb olduğu düşünülür.

“Delmicron” növünün ağır simptomlara səbəb ola biləcəyi ehtimal edilir. İlkin əlamətlər kimi boğaz, baş ağrısı, quru öskürək, yorğunluq, dad və qoxu itirmə, yüksək temperatur və burun axması olduğu qeyd edilir.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar