Müəllimlərə 3-cü doza vaksin vurulacaq

22 Oktyabr 2021 12:20    245 Baxış   
Müəllimlərə 3-cü doza vaksin vurulacaq

Səhiyyə Nazirliyi hər iki doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsini zəruri hesab edir.

Dominant.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar