Təhsil Nazirliyinin "Təhsil" televiziyası yeni layihəyə start verib. "Təhsil podkastı" adlanan proqramın ilk buraxılışı 2 fevral- Gənclər Günündə yayımlanıb. 
"Təhsil podkastı"nın ilk buraxılışında ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) tələbəsi Abutalıb Namazovla (Barış) maraqlı söhbət aparılıb. 
     
Abutalıb Namazov respublika və beynəlxalq olimpiadaların dəfələrlə qalibi olub.  
       
Qeyd edək ki, proqramda elm-təhsil sahəsində tanınmış maraqlı şəxslərlə müxtəlif mövzularda podkastları izləyə bilərsiniz. 
     
Proqram Təhsil Nazirliyinin rəsmi "Facebook" və "Youtube"kanalları üzərində yayımlanacaq.