Türkiyədə körpələrə səhvən COVID peyvəndi vuruldu - VİDEO

24 Sentyabr 2021 12:40    123 Baxış   
Türkiyədə körpələrə səhvən COVID peyvəndi vuruldu -  VİDEO

Türkiyədə azyaşlılara səhvən koronavirusa qarşı peyvənd vurulub.

Dominant.az oxu.az-a istinadən xəbər verir ki, bunu İzmirdəki Egey Universitetinin professoru, həkim Zəfər Qurugöl bəyan edib.

O bildirib ki, uşaqlara hepatit B peyvəndi əvəzinə COVID vaksini vurulub.

Onun sözlərinə görə, belə hallar bütün yaş qruplarından olan, o cümlədən də bir yaşdan aşağı körpələ bağlı baş verib.

Həkim azyaşlılara yüksək dozada koronavirus peyvəndi vurulmasına baxmayaraq, onlardan heç birində hər hansı yan təsirin müşahidə edilmədiyini bildirib.

Türkiyə Səhiyyə Nazirliyindən mövcud faktlarla bağlı araşdırmalara başlandığı qeyd edilib.

" target="_blank">


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar