Türkiyədən Ukraynaya ilk “Bayraktar TB2” zərbə PUA-sı çatdırılıb

15 İyul 2021 17:40    5814 Baxış   
Türkiyədən Ukraynaya ilk “Bayraktar TB2” zərbə PUA-sı çatdırılıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Türkiyədən ilk “Bayraktar TB2” zərbə PUA kompleksini alıb.

Dominant.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Hərbi-Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş “Bayraktar TB2” zərbə PUA kompleksi Ukraynaya çatdırılıb. Hazırda kompleksin yekun təhvil-təslim sınaqalarını həyata keçiririk. Yüksək dəqiqliyə malik vasitələrlə Qara və Azov dənizləri akvatoriyasında və sahillərində effektiv müşahidə və mühafizəni təmin edəcək, düşmənin suüstü və yerüstü obyektlərini məhv etmək imkanı əldə edəcəyik”, - Müdafiə Nazirliyinin “Facebook” hesabındakı məlumatında deyilir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar