Ümid Nəccarinin "Unutmaq" adlı kitabı özbək dilində çap olunub

23 İyun 2021 21:51    24653 Baxış   
Ümid Nəccarinin "Unutmaq" adlı kitabı özbək dilində çap olunub

Azərbaycanlı şair Ümid Nəccarinin "Unutmaq" adlı kitabı Özbəkistanda işıq üzü görüb.

Dominant.az xəbər verir ki, kitab Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Innovatsiya-Ziyo" yayınları tərəfindən Özbəkistanda çap olunub.

Şeirləri özbək dilinə tərcüməçi Marufjon Yoldoşev çevirib.

Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar