"Yüksək-yüksək təpələrdə ev qurmasınlar" mahnısının acı hekayəsi - VİDEO

05 İyul 2020 20:49    1192 Baxış   
"Yüksək-yüksək təpələrdə ev qurmasınlar" mahnısının acı hekayəsi -  VİDEO
Elə xalq mahnıları var ki, bu mahnıların mövzusu, kədərli hekayəsi bir film mövzusu qədər təsiredici olur. Hər ölkədə, hər xalqın özünəməxsus folklorunda bu tip mahnılar, əfsanələr yer almaqdadır.

Dominant.az bu dəfə Anadolu folklorunun ən möhtəşəm xalq mahnılarından biri olan "Yüksək-yüksək təpələrdə ev qurmasınlar" mahnısı haqqında kədərli hekayəni təqdim edir.

Kəndlərdən birində boylu-buxunlu, çox gözəl Zeynəb adlı bir qız vardı. On altı yaşına çatdıqda kəndlərində toya gələn bir gənc Zeynəbi görür və bir könüldən min könülə ona aşiq olur. Gənc öz kəndlərinə qayıdır və elçilərini Zeynəbgilin qapısına göndərir. Zeynəbi bu gəncə - Əliyə verirlər və dərhal toy edirlər.

Zeynəbin ərə getdiyi kənd ilə öz kəndləri arasında üç gün - üç gecəlik məsafə vardır. Buna görə də Zeynəb 7 il ərzində valideynlərini və bacılarını görə bilmir. Bu həsrət hər gün Zeynəbin qəlbində bir az böyüyür, daha dözülməz hala gəlir.

Zeynəb ərə getdiyi kəndin böyük təpəsindəki evinin bağına çıxır, gözləri öz kəndlərindən gələn yollara dikilir, həsrətini həzin bir musiqini zümzümə etməklə aradan qaldırmağa çalışır. Həyat yoldaşı isə Zeynəbinin həsrətinə çox da əhəmiyyət vermir. Həm də əvvəlki sevgisi bitdiyi üçün Zeynəbi təhqir etməyə, ona əziyyət verməyə başlayır. Sonda bu həsrət və əziyyət Zeynəbi yatağa salır.

Kənd sakinləri Zeynəbin sağalmasına inamlarını itirirlər. Buna görə də Zeynəbin yoldaşından onun ata-anasının gətirməsini xahiş edirlər. Zeynəbin, başqa çarəsinin olmadığını anlayan əri qayınana və qayınatasına xəbər verməyə gedir.


Üç gün üç gecə davam edən yolçuluqdan sonra kəndə çatan valideynlər Zeynəbi yataqda görürlər. Acınacaqlı vəziyyətdə olan Zeynəb yenə mahnısını zümzümə edir. Valideynləri də Zeynəbə qoşularaq mahnını oxumağa başlayırlar. Ətrafdakı bütün kənd qadınları mahnını eşidib duyğulanır və ağlayırlar. Bu zaman Zeynəbin anası huşunu itirir. Səs-küydən ayılan Zeynəb anasına qovuşur, anasını qucaqlayıb huşunu itirir. Qısa müddətlik vüsal çox çəkmir, Zeynəb yatağındaca ölür...

Amma onun oxuduğu mahnı dildən-dilə düşür, ağızdan-ağıza dolaşar və əbədi yaşayar!

Yüksek yüksek tepelere ev kurmasınlar
Yüksek yüksek tepelere ev kurmasınlar
Aşrı aşrı memlekete kız vermesinler
Aşrı aşrı memlekete kız vermesinler

Annesinin bir tanesini hor görmesinler
Annesinin bir tanesini hor görmesinler
Uçan da kuşlara malum olsun
Ben annemi özledim
Hem annemi hem babamı
Ben köyümü özledim

Babamım bir atı olsa, binse de gelse
Babamım bir atı olsa, binse de gelse
Annemin yelkeni olsa, açsa da gelse
Annemin yelkeni olsa, açsa da gelse

Kardeşlerim yollarımı bilse de gelse
Kardeşlerim yollarımı bilse de gelse
Uçan da kuşlara malum olsun
Ben annemi özledim
Hem annemi hem babamı
Ben köyümü özledim

Hem annemi hem babamı
Ben köyümü özledim
Hem annemi hem babamı
Ben köyümü özledim



Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar