“Arzu ömrü uzatmır” - Polisin növbəti kitabı

02 Avqust 2021 14:04    20553 Baxış   
“Arzu ömrü uzatmır” -  Polisin növbəti kitabı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirovun "Arzu ömrü uzatmır” adlı yeni kitabı işıq üzü görüb. Oxucuların görüşünə könlü dolu gələn müəllifin növbəti kitabında yeni şeirləri ilə yanaşı, Vətənə, torpağa, sevgiyə və Vətən mühəribəsi qəhrəmanlarına həsr olunmuş publisistik məqalələr daxil edilib.

Kitabın redaktoru 178 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Nəbiyeva, on sözün müəllifi isə 100 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Könül Səiddir.

Şair-polisin böyük yaradıcılıq təcrübəsi var. Belə ki, 2009-cu ildə istedadlı gənclər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülən H.Təmirovun "Sevgi dolu ürəyəm", “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”, “Dərdimdəm ölən dərdlərim”, “İşıq”, “Sevgi də bir Vətəndir” və “Xatirən var” kitabları oxucuların və sənət cameəsinin rəğbətini qazanıb.

Qeyd edək ki, polis polkovnik-leytenantı Hafiz Təmirov Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar