Azərbaycan-Lüksemburq matçında ermənilər təxribat törədiblər - FOTO

04 Sentyabr 2021 18:26    1956 Baxış   
Azərbaycan-Lüksemburq matçında ermənilər təxribat törədiblər -  FOTO

Sentyabrın 1-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb.

Dominant.az xəbər verir ki, onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.
Bunu görən Azərbaycan millisinin və "Sumqayıt" FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, dırnaqarası bayrağı onların əlindən alıb.

Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar