Fransız olmaq - Tahir Tahiroviç yazır

03 Noyabr 2021 14:30    15819 Baxış   
Fransız olmaq -  Tahir Tahiroviç yazır

İlk dəfə “Fransız gəlin” adlı hekayəmi 26 il öncə yazmışdım. Təbii ki, Fransa deyəndə kino yada düşürdü. Həmin illər dünya kinosunun 100 iliyi günləri idi. Bir qrup kino sənətkarımız Nant şəhərinə yol düşmüşdülər. Tələbə vaxtlarında , onsuzda maddi durumumuzun yaxşı olmadığı vaxtlarda onlara qoşulmaq və dünya kinosunun məbədi sayılan Parisə getmək çətin idi. Sonralar dəfələrlə Fransaya səfərlərim olub. Hamısı da kinoyla bağlı. İlk səfərim Ramiz Abutalıbovla birlikdə baş tutdu. Parisin ecazkar gözəlliyini və maraqlı məkanlarını o, mənə tərənnüm edib.

7 il öncə “Əbədi ezamiyyət” filmində əsas rollardan birini ifa edirdim. Parisdə və Versalda 20-ci əsrin klassik geyimində küçələri şütüyürdüm. Sanki əsl Parisli idim. Sonuncu səfərim isə tam ayrı bir xatirə oldu. “Salnaməfilm” kinostudiyasında Əhmədiyyə Cəbrayılov haqqında sənədli filmin çəkilişləri üçün viza almaq lazım idi. Mənimlə bərabər 17 nəfər müraciət etmişdi. Xəbər gəldi ki, 16 pasport geri qaytarılıb. Sənədlər içində mənim pasportumun olmadığını görüb narahat oldum. Dedim yəqin itib. 2 saat sonra Fransa səfirliyindən zəng gəldi. Sabaha görüş təyin etdilər. Konsulluq əməkdaşları bildirdilər ki, yalnız sənə viza veririk. Amma CİNOVAC vaksini sizə mane ola bilər. Parisdən geri qaytara bilərlər. Qalanı bizlik deyil. Vizanı da ona görə veirik ki, siz kinorejissorsuz. Nəhayət səfərə getmək zamanı çatdı. Bakıdan İstanbula uçarkən qarşıda nələr olacağını təsəvvür etmək çətin idi. Parisdən səni geri qaytarırlar. Düşünmək belə ağır idi.
Şarl De Qoll aeroprtunda endim. Passport qeydiyyatına kimi inanılmaz tıxac və zənci qadın polislərin nifrət dolu baxışları. Bir-bir vaksinləri yoxlayırlar. 2 saatlıq növbədən sonra iş mənə yetişdi. Qarşıda, təxminən 100-ə yaxın sərnişin geri qaytarılmışdı. CİNOVAC vaksininə görə. Məni xüsusi geyimli sarışın bir oğlan masaya dəvət etdi.
- Quel on vaccin vous a fait? “Siz hansı vaksin vurdurmusuz?”

Səsimin çox astadan çıxmasında belə özümdə cavabımı normal eşitmədim. -“CİNOVAC”
Fransız nəzarətçi başını yellədi və bildirdi ki, siz Fransaya daxil ola bilməzsiz. Geriyə dönüb “getmək üçün digər kabinaya gedəsiz” deyərək əliylə işarə etdi.

Həyacan və əsəb məni bir təhər etmişdi. Əlimi çantama atıb telefonu götürdüm ki, Parisdə məni gözləyən Şahin bəyə gələ bilmədiyimi bildirim. Təsadüfən gözümə “Salnaməfilm”-in direktoru Nazim Hüseynovun Fransa səfirliyinə mənə viza dəstəyi üçün ünvanladlğı məktub dəydi. Orda mənim Fransaya film çəkmək üçün gedəcəyim yazılmışdı. Kağızı çıxarıb onsuz da dilini bilmədiyim həmin fransız oğlana yaxınlaşdım. Bir təhər anlatmaq istədim ki, mən film çəkməyə gedirəm. Nəzarətçi məktubu oxudu və mənə sual verdi.

- Vous êtes cinéaste? “Siz kinematoqrafçısız?”

Sevinərək “Bəli” sözünü qışqıraraq dedim. Nəzarətçi arxada dayanan gönbul bir qadın polisə nəsə dedi. Amma sözlərin arasında ara bir "cineaste" “kinematoqraf” sözlərini anlayırdım. Yaxında dayanan qadın nə dedisə sarışın nəzarətçi əliylə qapını göstərdi. Sevinərək özümü pasport nəzarəti kabinəsinə atdım. Arxamda dayanan bir kişi mənə türk dilində salamladı. Və mənə dedi ki, siz bilirsiz sizi niyə buraxdılar. Mən ona onların nə danişdiğını anlmadığımdan təbii ki, yox cavabını verdim. Ağ saçlı kişi mənə başa saldı ki, iki fransız nəzarətçi razılaşdılar ki, əgər bu kinematoqrfaçıdırsa, COVİD olsa belə, kino vətəninə xoş gəlib.

Şarl DE Qoll aeroportundan çıxdım. Məni gözləyən Şahindən həmən xahiş etdim. Məni Fransua Tryuffonun qəbrinə apar.

Şahin Sinaria məzarlıqdan qayıdandan sonra Şardone çaxırını süzüb sual verdi.

- Tahiroviç, bəs Azərbaycanda hansı məzarı ziyarət etmək olar ?

Cavabını verə bilmədim. Sadəcə bir söz dedim. Şahin, sən şərabı süz...

Tahir Tahiroviç



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar