Gənc şairdən oxucularına ərməğan - "Bir payız səhəri"

17 İyul 2021 14:42    23016 Baxış   
Gənc şairdən oxucularına ərməğan -  "Bir payız səhəri"

Gəncədə gənc şair Həsən Hüseynovun “Bir Payız Səhəri” adlı sayca ikinci kitabı işıq üzü görüb.

Qeyd edək ki, Həsən Sakit oğlu Hüseynov 1997-ci il noyabr ayının 7-də Gəncə şəhərində anadan olub. O, Ə.Cavad adına 2 saylı tam orta məktəbi bitirib. Həmçinin gənc şair Gəncə Dövlət Dram Teatrının yardımçı aktyor heyətində çalışır.

“Bir Payız Səhəri” adlı kitabında gənc şairin şer və qəzəllərinin bir qismi toplanıb.

“Bir Payız Səhəri” adlı kitab şairin sayca ikinci kitabı olmaqla, “Star çap evi”ndə nəşr olunub.

Kitabın redaktoru Nəzakət Şəmilqızı, dizaynı Elnarə Məmmədovaya məxsusdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar