İcra başçısının 115 min manat "qazpulu" borcu var

17 İyun 2020 14:38    395 Baxış   
İcra başçısının 115 min manat "qazpulu" borcu var
Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manat qazpulu borcu olduğu ortaya çıxıb və bununla bağlı məhkəməyə müraciət olunub.

Dominant.az xəbər verir ki, bu barədə Meydan TV-yə “Azəriqaz”dakı mənbə məlumat verib. Bakı Kommersiya Məhkəməsindən də məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Çeşmi Hacıyeva bu yaxınlarda Ağstafa rayonuna icra başçısı təyin olunmuş Seymur Orucovun həyat yoldaşıdır.

Borcun icra başçısının ailəsinin biznes fəaliyyəti ilə əlaqədar olduğu bildirilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar