Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - nazirdən izah

23:06    22 Baxış   
Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir?   - nazirdən izah
“Monitorinqlərdə yeni sual növlərindən istifadə edirik və çalışırıq ki, tətbiq etdiyimiz sual formatları növbəti nəsli yeni tip imtahanlara hazırlamış olsun. Bu sualların bir qismini saxlayıb növbəti illərdə də istifadə etməyi düşünürük”.

Dominant.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Trend-ə, APA-ya və “Xəzər Tv”yə birgə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, eyni sual üzrə müxtəlif illərdə eyni yaş qrupundan olan uşaqların cavablarını müqayisə etmək dinamikanı daha yaxşı göstərir.
Emin Əmrullayev bildirib ki, sualları dərhal açıqladıqda, şagirdlər məhz həmin suallarla hazırlanırlar və nəticələr eyniləşir:

“Buna görə də biz üç-dörd ildən sonra əvvəlki sualları açıqlamağı planlaşdırırıq. Sualları indi açıqlamamağımızın səbəbi odur ki, tədqiqat baxımından müəyyən sualları hər il təkrar tətbiq etməklə eyni yaş qruplarının nəticələrini müqayisə edir və irəli gedib-getmədiyimizi müəyyənləşdiririk.

Hər il tədricən inkişaf müşahidə edirik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müəllim dörd il ərzində dərs deyibsə, həmin sinfin əldə etdiyi nailiyyətlərdə onun da payı var. Biz nəticələri ölçürük və müzakirə edirik”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar