Qənirə Paşayeva görmə imkanları məhdud yaradıcı gənclərlə görüşüb

07 Dekabr 2021 16:25    1703 Baxış   
Qənirə Paşayeva görmə imkanları məhdud yaradıcı gənclərlə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirq Paşayeva bir qrup görmə imkanları məhdud yaradıcı gənclə görüşüb.

Dövlətimizin, şəxsən cənab Prezidentin və hörmətli Birinci vitse-prezidentin sosial dəstəyə ehtiyacı olan vətəndaşların, o cümlədən görmə imkanları məhdud gənclərin problemlərinə daim həssaslıqla yanaşmasından danışan Q.Paşayeva, bu həssaslığı hər bir məmur, millət vəkili, işadamı, ümumən cəmiyyət üçün örnək adlandırıb.

Görmə imkanları məhdud yaradıcı gənclərlə onların yaşadığı yataqxanadakı görüşünü xatırladan Komitə sədri, xeyirxah insanların da dəstəyi ilə alınmış, xüsusi proqramlaşdırılmış və uyğun şəkildə tasarlanmış bilgisayar və telefonları onlara təqdim edərək, bundan sonra yaradıcılıqla, mütaliə ilə daha rahat şəkildə məşğul ola biləcəklərini söyləyib.

Azərbaycan Milli Xalça Muzeyində baş tutan görüşdə Millət vəkili Məşhur Məmmədov, Millət vəkili Elnur Allahverdiyevin köməkçisi Rüstəm Qaraxanlı, Əlil təşkilatları İttifaqının sədri Davud Rəhimov, Korlar Cəmiyyətinin sədri Səmiyar Abdullayev, RHİM İB sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar