Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

22 Avqust 2021 18:33    792 Baxış   
Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Dominant.az-ın məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Sahak Hovannisyanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Cəfərov 7:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub.

60 kq çəki dərəcəsindəki Nihat Məmmədli bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

72 kq-da çıxış edən Xasay Həsənli isə ermənistanlı Şant Xaçatryana uduzaraq, bürünc medal şansını əldən verib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar