Bu ölkədə Eboladan bir gündə 13 nəfər öldü, yoluxma artır

15:23    14 Baxış   
Bu ölkədə Eboladan bir gündə 13 nəfər öldü , yoluxma artır
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib.

Dominant.Az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata görə, virusa yoluxan şəxslərin ümumi sayı 1 048 nəfər təşkil edir, bu isə əvvəlki günlə müqayisədə 45 nəfər çoxdur.

Hazırda tibb müəssisələrində 371 xəstə nəzarət altındadır. Tam sağalanların sayı isə 112-ə çatıb. Xəstəlikdən ölüm səviyyəsi 25.5% olaraq qeydə alınıb.

Nazirliyin məlumatlarına əsasən, Ebola xəstələri ilə təmasda olanların izlənməsi göstəricisində kəskin artım müşahidə edilib və bu rəqəm 70.8%-ə çatıb. 
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, epidemiyanı tam nəzarətə götürmək üçün bu göstərici 95% olmalıdır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar