Qənirə Paşayeva aktyor Midhət Aydını təbrik edib ‐ FOTO

29 Aprelel 2022 16:37    15733 Baxış   
Qənirə Paşayeva aktyor Midhət Aydını təbrik edib ‐  FOTO
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor Midhət Aydını 65 illik yubileyi münasibətilə təbrik edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor Midhət Aydını 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Midhət müəllim”,

Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurlar diləyirəm!
Siz Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsində oxumuş, Adil İskəndərov, Tofiq Kazımov, Nəsir Sadıqzadə kimi ünlü sənətkarlardan dərs almısız.

1978-ci ildə təyinatla Naxçıvan Musqili Dram Teatrına göndərilmiş, 1980-ci ildə isə Şəki Teatrına dəvət almısız. 1981-ci ildən Əli Bayramlı (indiki Şirvan) şəhər Mədəniyyət Evinin bədii rəhbəri, sonra Mədəniyyət və istirahət parkının direktoru olmusuz.

Siz 1987-ci ildə Respublika mədəni təşkilatçılar müsabiqəsinin I dərəcəli diplomu, 1988-ci ildə Sankt-Peterburq şəhərində keçirilən Ümumittifaq müsabiqəsinin laureatı adına layiq görülmüsüz.
2003-2005-ci illərdə İrəvan Dövlət Teatrının aktyoru olmusuz. 50-dən çox serial və bədii filmdə çəkilmisiz.
Sizi 65 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

MM Mədəniyyət Komitəsi sədri tanınmış aktyor Midhət Aydına Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Tanınmış aktyor Midhət Abbas səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar