Təkzib

27 Martt 2023 20:08    2140 Baxış   
Təkzib

Mən Məmmədova Səbinə Firudin qızı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6346/2022-005 nömrəli, 01.03.2023-cü il tarixli qərarına əsasən yazıb bildirirəm ki, dominant.az saytına verdiyim və “Ağciyər xəstəlikləri İnstitutunun həkimi fəryad edir: Direktor xəstəxanada erməni siyasəti yürüdür” başlığı ilə yayımlanan müsahibəmdə iddiaçı Qədirova Həqiqət Əbdül qızının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdiyimi düşündüyü fikirləri təkzib edirəm. Həmçinin saytda yayımlanmış həmin müsahibəmin silindiyini bildirirəm.

Məhkəmənin qərarı ilə razı olmasam da, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6346/2022-005 nömrəli, 01.03.2023-cü il tarixli qərarına hörmət əlaməti olaraq bu qərarın icrasını yerinə yetirirəm. Bir daha xatırladıram ki, Qədirova Həqiqət Əbdül qızının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmədiyim halda, belə hesab etdiyi müsahibəm artıq Dominant.az saytından silinib. Onu da qeyd etmək istəyirəm ki, adı çəkilən digər saytlara müsahibə verməmişəm.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar