Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin nəzərinə

14 Aprelel 2023 00:26    6440 Baxış   
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin nəzərinə

Dəyərli tələbələr! Aprel ayında İstanbulda Güney Azerbaycan Forumu keçiriləcək.

Dominant.az xəbər verir ki, Forumun təşkilat komitəsi tədbirlə əlaqədar tələbələr arasında xüsusi müsabiqə keçirməklə bağlı qərar qəbul edib.

Bildiyiniz kimi, son aylar İranda insan haqları ilə bağlı etirazlar oradakı soydaşlarımızı ikiqat zərbə altında qoyub. Zatən onilliklər boyunca davam edən təzyiqlər, qorxu hakimiyyəti, ana dilində məktəblərin qadağan olunması, ana dilində adların qoyulması, iqtisadi, siyasi anlamda hər formada yoxsullaşdırma Güney Azərbaycanın 40 milyondan çox əhalisinə yetərincə zərbə vurmuşdu. Son illərdə Urmiya gölünün qurudulması ilə bölgənin məqsədli şəkildə şoranlaşdırlması əkinçiliklə məşğul olan soydaşlarımızın son dolanışıq qaynağını da məhv edirdi. Yəni ağır həyat bir qədər də çətinləşdirilmişdi.
Bu problemlərə Türkiyəli qardaşlarımızın da diqqətinin cəlb edilməsi üçün tələbələrimizin fəaliyyətinə ehtiyacımız var.

Müsabiqə video müraciətlərin, filimlərin, məlumatlandırıcı tanıtım roliklərinin hazırlanması üçün elan edilir.

Şərtlər:
* videonu hazırlayan Türkiyədə təhsil alan bur tələbəmiz olmalıdır;
* video başqa bir yerli Türk tələbə ilə ortaq hazırlanmalıdır;
* video 5-7 dəqiqə müddətindən az və ya çox olmamalıdır;
*video Anadolu türkçəsində hazırlanmalı, alt yazılar ingiliscə olmalıdır;
*videoda Güney Azərbaycanda soydaşlarımızın yaşadığı bir problem əks olunmalı (ana dilində məktəb, Urmu gölü, milli kimliklerini göstərməklə bağlı qadağalar və sair);
* her videoda başda ən az 1 dəqiqə olmaq şərtilə Güney Azerbaycanla bağlı ümumi məlumat da verilməlidir.

Mükafatlar:
* I yer 5000 tl;
* II yer 3000 tl;
* III yer 2000 tl
10 nəfərə həvəsləndirici mükafat.

Müsabiqənin sponsoru İnterbrand Eğitim Ve Sağlık Turizmi Danışmanlığıdır.

Hazırlanan videolar Twitterde
#GuneyAzerbaycan
#GuneyAzerbaycanİstanbulForumu həştəqi ilə paylaşılacaq və @[email protected] adresinə göndəriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar