Uşaqlar arasında epidemiya şəklində yeni virus yayılıb - SON DƏQİQƏ/RƏSMİ

06 Aprelel 2022 15:43    534 Baxış   
Uşaqlar arasında epidemiya şəklində yeni virus yayılıb -   SON DƏQİQƏ/RƏSMİ

“Son bir aydır məktəblilər arasında yayılan qusma və ishalla müşahidə edilən hallar və hərarət müşahidə olunur”.

Dominant.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, bu uşaqlara arasında yayılan rotavirusla əlaqəlidir:

“Bu, azyaşlı uşaqlarda da çox görülür. 5-10 yaş aralığında olan uşaqlarda yoluxma halları daha çox görülür. Bu artıq epidemiya halını alıb. Bu virus nəcisdən götürülən analizlə müəyyən edilir. Əsas məqam ondan ibarətdir ki, uşaqlarda bu zaman kəskin su itkisi baş verir. Çalışırıq ki, bunun qarşısını alaq. Təssüf ki, rotavirusun simptomları bir həftədən bir aya qədər davam edir. Virusun uşaqlardan valideynlərinə də keçir".

Körpələrin koronavirusa yoluxması məsələsinə gəldikdə isə pediatr deyib ki, iki aylıq uşaq da koronavirus ola bilər:

"Hətta körpə doğulan kimi də bu virusa yaxalana bilər. Əgər ana hamiləlik dövründə koronavirus olubsa, uşaq virusla doğula bilir. Bunun qarşısı dərhal alınmalıdır" - o bildirib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar