Vətəndaşların “Peyvənd sertifikatı”nı necə əldə edəcəyi açıqlandı

14 İyul 2021 10:44    512 Baxış   
Vətəndaşların “Peyvənd sertifikatı”nı necə əldə edəcəyi  açıqlandı

“Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir”.

Dominant.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatda qeyd olunub.

randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. 2 doza istənilən vaksin vurdurmaqla peyvənd sertifikatı əldə edə bilərsiniz” – rəsmi məlumatda bildirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar