Azərbaycan və Türkiyə arasında yeni müqavilə imzalanıb

15 Oktyabr 2021 12:30    269 Baxış   
Azərbaycan və Türkiyə arasında yeni müqavilə imzalanıb

Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb.

Dominant.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tiflis-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb.

O qeyd edib ki, Türkiyə əlavə təbii qaz təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə edib:

"Türkiyənin ciddi bir enerji böhranı ilə üzləşdiyi dövrü, uğurlu bir diplomatiya ilə aşacağını vurğulayan Dönmez qeyd edib ki, qış yaxınlaşdıqca arta biləcək təbii qaz tələbatının qarşılanması üçün aparılan danışıqlar müsbət bir şəkildə davam edir".

O bildirib ki, bu baxımdan, 2024-cü ilin sonuna qədər qüvvədə olacaq Bakı-Tiflis-Ərzurum xəttindən 11 milyard kubmetrlik əlavə təbii qaz ticarət müqaviləsi Azərbaycanla imzalanıb.

(Axar.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar