"Digər məhdudiyyətlərin də yumşaldılması tətbiq oluna bilər" - Baş infeksionist

12 İyun 2021 14:59    356 Baxış   
"Digər məhdudiyyətlərin də yumşaldılması tətbiq oluna bilər" -  Baş infeksionist

"Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı gündən-günə azalır, aparılan peyvəndləmə prosesi xeyli sürətlənib".

Dominant.az-ın xəbərinə görə, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə koronavirusla əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır: "Bunu aparılan yoluxma saylarında görürük. Dünyanın müxtəlif ölkələrində yoluxma statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən isə ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah iki həftə əvvəl bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik".


(qazet.az)
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar