Əsrlərə qalib gələn körpü

14 Fevral 2022 06:52    14205 Baxış   
Əsrlərə qalib gələn körpü

Hürrəm Sultanın tikdirdiyi körpü beş əsrdir ki, öz əzəmətini qoruyub saxlayır.

Yedigöz su kəmərinin keçdiyi tikili Ədirnədə binaların inşası zamanı şəhərin su ehtiyacını qarşılamaq üçün Memar Sinan tərəfindən inşa olunub.

Osmanlı coğrafiyasında çox mühüm işlər görmüş imperatorluğun baş memarının növbəti əsəri böyük ustadın mühəndislik istedadını nümayiş etdirir.

Hıdırağa kəndinin otlaq sahəsində yerləşən, uzunluğu 98 metr, eni 3,10 metr olan yeddi tağlı tikili yerdən 25-35 metr hündürlükdədir.

Körpü sənətşünasların “memarlıq və mühəndislik möcüzəsi” olaraq xarakterizə etdikləri Taşlımüsellim su yolunun ən böyük hissəsidir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar