“FETÖ terror təşkilatı Azərbaycan və Türkiyənin mövqelərini zəiflətməyi hədəfləmişdi” - ŞƏRH

17 Avqust 2023 10:42    5850 Baxış   
“FETÖ terror təşkilatı Azərbaycan və Türkiyənin mövqelərini zəiflətməyi hədəfləmişdi” - ŞƏRH

“Azərbaycan hüquq-mühafizə orqanları vaxtaşırı FETÖ terror təşkilatı və onun ölkəmizdəki uzantıları ilə bağlı atılan addımlar haqqında cəmiyyətə məlumat verirlər. Biz Azərbaycanda müvafiq hakimiyyət orqanlarının məsələni diqqətdə saxladığını, dövlətçiliyimizə qarşı fəaliyyət aparan təşkilatların və insanların əməllərinin qarşısını alınması ilə bağlı mübarizə apardığını görürük. Həmçinin, saxlanılan şəxslərin də əməlləri barəsində qısa da olsa məlumat verilir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycan heç vaxt onun daxili işlərinə qarışılmasına, Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurulmasına, milli maraqlarımıza zidd addımların atılmasına imkan verməyəcək:


“Bu prosesdə kimin hansı statusda olmasının, hansı postu tutmasının əhəmiyyəti olmayacaq. Qanunlar çərçivəsində və ardıcıl surətdə milli maraqlarımıza uyğun olaraq, bundan sonra da addımlar atılacağını düşünürəm. Hansısa qüvvələr regiondakı stabilləşmədən narahatdırlar. Azərbaycan-Türkiyə birliyinin regionun maraqlarına cavab verməsi də müəyyən dairələrin diqqətindədir.
Sabitliyi pozmaq istəyən xarici qüvvələr istəyərdilər ki, Türkiyə və Azərbaycan təsir altında olsunlar, öz milli maraqlarını deyil, xaricdəki müəyyən dairələrin maraqlarını həyata keçirsinlər, Türkiyə və Azərbaycanın daxilində qarışıqlıq baş versin, siyasi stabillik pozulsun, Azərbaycanın öz ərazi bütövlüyü, Türkiyənin isə təhlükəsizliyi uğrunda apardığı mübarizə səngisin. Bütün bunlara nail olmaqla ilk növbədə mövqelərimizi zəiflətməyə çalışırlar. Onlara elə gəlir ki, Azərbaycanda qazanacaqlar, atdıqları addımları heç kim görməyəcək və fəaliyyətlərini genişləndirə biləcəklər. Halbuki, Azərbaycan hüquq-mühafizə orqanları ölkəmizə yaranan təhdidlərə qarşı ayıq-sayıqdır”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar