“Nəcməddin Sadıkov indi yox, çoxdan getməliydi”

21 İyul 2020 14:14    9061 Baxış   
“Nəcməddin Sadıkov indi yox, çoxdan getməliydi”
İyulun 12-də Azərbaycan-Ermənistan arasında başlayan növbəti gərginlikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun istefaya getməsi, vəzifəsindən kənarlaşdırılması, hətta, məsuliyyətə cəlb olunması ilə bağlı fikirlər yenidən gündəmə gəlib. Dünən gecə saatlarından etibarən isə sosial şəbəkələrdə N.Sadıkovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bütün bunların fonunda isə ictimaiyyəti birmənalı olaraq bir sual düşündürür: “Generalı şəhid olan ölkənin Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Müdafiə naziri vəzifəsindən azad edilməli deyildimi?”

Dominant.az-a açıqlama verən Tibb elmlər namizədi Rəşid Mahmudov bildirib ki, həmin adamlar tutduqları vəzifəyə layiq deyillər: “Çünki onlar bizim dövlətimizi layiqincə təmsil etmirlər. Məsələn, keçmiş Xarici İşlər naziri bircə dəfə hansısa ölkəyə nota veribmi? Ümumiyyətlə o, notanın necə yazıldığını bilirmi? Bunu niyə soruşan yoxdur? Ona görə də əlbəttə ki, getməli idi”.



“Nəcməddin Sakıqova gəlincə isə hamı onların 3 qardaş olduğunu və birinin Ermənistanda, birinin Rusiyada, birinin isə Azərbaycanda general olduğunu deyir. Əlbəttə ki, bunu yoxlamaq lazımdır. Əgər belədirsə, yəqin rus ermənini “qısqırdır” bunların üstünə ki, “sən oradan hücum elə, sən də buradan”. Belə dostluq olmur”, - Mahmudov deyib.

O, əlavə edib ki, Nəcməddin Sadıkovun indi yox, çoxdan getmək vaxtıdır: “Nəcməddin Sadıkovu kim vəzifəyə təyin edibsə, o da göndərməlidir. Prezident Aparatından soruşmaq lazımdır ki, bu adam satqındrısa, bunu niyə vəzifədə saxlayırsız?”

Turqut Qılınc



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar