Paşinyan Overçukla kommunikasiyaların bərpasından danışdı

24 Noyabr 2021 19:29    88 Baxış   
Paşinyan Overçukla kommunikasiyaların bərpasından danışdı

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Dominant.az xəbər verir ki, görüş zamanı regionda kommunikasiyaların bərpası müzakirə olunub.

İrəvanda keçirilən görüşdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da iştirak ediblər.

Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyini, həmçinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il 11 yanvar tarixli bəyanatı çərçivəsində görülən işlərin gedişinə toxunulub.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar