Serebral iflici olan 6 yaşlı qızın köməyə ehtiyacı var - FOTO

11 Martt 2022 12:51    680 Baxış   
Serebral iflici olan 6 yaşlı qızın köməyə ehtiyacı var -  FOTO

Ağazadə Ətirnaz Hümbət qızının sizin köməyinizə ehtiyacı var.

Dominant.az-ın məlumatına görə, "oxu.az"-a müraciət edən Ətirnazın atası qeyd edib ki, övladı Serebral iflicdən əziyyət çəkir və birinci qrup əlildir.

Vətən müharibəsi veteranı olan Ağayev Hümbət Məhəmməd oğlu hazırda hərbçidir. İllərdir övladının müalicələrini davamlı olaraq aparan ailə artıq maddi imkansızlıq ucbatından bunu davam etdirə bilmir.

H. Ağayev bildirib ki, müalicə mütəmadi olaraq davam etmədiyi halda Ətirnazın vəziyyəti daha da ağırlaşır. Müalicəni yalnız özəl tibb müəssisələrində etdirmək mümkün olur və ailə oradakı müalicə qiymətlərini davamlı olaraq ödəyə bilmir.

Bərdənin Divanlı kəndsakini olan ailə bildirib ki, övladının müalicəsi “Tandem Ailəyə Təsdək Mərkəzi”ndə mümkündür.

Övladını müalicə etdirmək istəyən Ağazadə Hümbət sizdən kömək gözləyir.

Ata ilə əlaqə üçün: 051 935 33 99




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar