ÜST rəsmisindən koronavirusla bağlı yeni proqnoz

25 Fevral 2021 18:22    367 Baxış   
ÜST rəsmisindən koronavirusla bağlı yeni proqnoz

Dünya Səhiyyə Təşkilatının regional direktoru, virusoloq, doctor Hans Klyuq bir neçə ciddi açıqlama və proqnozlar verib.

O, pandemiya ilə bağlı optimistik xəbər verib: "Koronavirus ocaqları 2022-ci ildə səngiyib bitəcək. Artıq 2022-ci ilin əvvəlində dünya əvvəlki həyata qayıtmağa başlayacaq. İndidən arxayın olub rahatlanmaq tezdir. Çünki 2021-ci il də kovidlə mübarizə ili olacaq. Lakin bu il keçən ilə nisbətən onu idarə edib səngitmək daha asan olacaq. Ən pis ssenarilən arxada qaldı".


Medicina.az ÜST rəsmisinin açıqlamasını təqdim edir:

“Virusun mutasiyası və yeni ştamları aramızda olacaq, artacaq. Amma onlar vaksinlərə qarşı güclü olmayacaq. Yenidən sıfırdan hər mutasiyaya qarşı vaksin yaratmağa gərək yoxdur. Sadəcə mövcud vaksinlərin üzərində işləyib, bir qədər dəyişib, mutasiyarala qarşı sınamaq olar. Ciddi problem o vaxt gözlənilir ki, vaksinasiya kütləvi olacaq, hər ölkədə 50% əhali peyvənd ediləcək və bu vaksin almış insanlarla peyvənd olunmayan insanlar bir arada, bir yerdə qaynayıb-qarışacaq".

Rusiyalı virusoloq professor Anatoliy Altşteyn ÜST məmurunun bu açıqlamasına elmi olaraq açıqlama gətirib:

“Birinci proqnoz -2022-ci ildə pandemiyanın bitəcəyinə mən də inanmaq istərdim, hesab edirəm ki, doğru çıxacaq. Amma bu o demək deyil ki, kovidlə xəstələnmə bir daha olmayacaq. Olacaq, lakin belə güclü yox. Bizim əsas qayğımız, işimiz vaksinləşmə ilə bağlıdır. Hələ 2 il də qorunma, maska, sosial məsafə qalmalıdır. Ümumiyyətlə, biz Asiya və Yaponiyadakı kimi kütlə olan yerdə maskada gəzməyə artıq vərdiş etməliyik. Bu qayda onlarda çoxdan var, xüsusən qış aylarında.

Vaksinləşmədə isə problem illik doza istehsalıdır. Məsələn, bizim Sputnik ildə 10 milyon doz istehsal ediləcək. Bu Rusiya və bu vaksini alan digər ölkələri təmin etmək üçün azdır.

Vaksinli insanla vaksinsizlərin bir arada olması hansı təhlükələr yaradacaq? İş ondadır ki, peyvəndlənmiş insanlar çox arxayın olacaq, bəzi hallarda qorunmayacaq, psixoloji olaraq əmin olacaqlar.

Əgər mən koronavirus peyvəndi olmuşamsa, daha mənə qorxu yoxdur, 100 % təhlükəsizlik zəmanəti almışam kimi fikirlər insanları çaşdıracaq. Peyvənd olunmuş şəxs virusa yoluxacaq, amma onun orqanizmində virus çətin çoxalıb uzun müddət yaşasın. Lakin bu adamlar gizli daşıyıcı, yoluxdurucu ola bilərlər. Bu da peyvənd olunmamış digər insanlar, xüsusilə uşaqlar, gənclər, bəzi qrup xəstələr üçün təhlükəlidir.

Peyvənd olunmuş şəxs özündən nə qədər arxayın olsa da, yenə də digər insanları düşünməlidir, yenə də maska taxmalıdır. Arxayınlıq çox problemlərə yol aça bilər".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar