Andranikin dəstəsi azərbaycanlılar yaşayan kəndi yandırır, 3 qocanı diri-diri doğrayır

20 Martt 2021 17:00    1648 Baxış   
Andranikin dəstəsi azərbaycanlılar yaşayan kəndi yandırır,  3 qocanı diri-diri doğrayır

20 mart 1752-ci il... Bir neçə Azərbaycan xanı və Tiflis çarı II İrakli Qızılqayada Hacı Çələbi xana qarşı çıxır.

20 mart 1828-ci il... Rus çarı I Nikolay “Türkmənçay” müqaviləsini (10 fevral 1828-ci il) təsdiq edir. “Türkmənçay” müqaviləsinə əsasən Araz çayının sol sahili Rusiyaya birləşdirilir. Ertəsi gün Erməni vilayəti yaradılması haqqında çar fərmanı verilir. Yeni erməni vilayəti yaratmaq haqqında rusların verdiyi vəd artıq reallaşır.

20 mart 1918-ci il... Erməni zabiti 3 əsgərin müşaiyəti ilə “İsmailiyyə” binasına daxil olaraq onu yandırır (bu qrupa daşnak terrorçusu T.Əmiryan başçılıq edib) Həmin gün Bakıda çox sayda azərbaycanlı qətlə yetirilir. Erməni quldurları 80 yaşlı Hacı Əmir Əliyevin evinə soxularaq onu, 60 yaşlı arvadını öldürür, 3 körpənin boğazını kəsir, Hacı Əmirin 25 yaşlı gəlinini diri-diri divara mıxlayırlar. Qətlə yetirilən azərbaycanlıların cəsədləri ermənilər tərəfindən dənizə və quyulara atılır.

20 mart 1918-ci il... Daşnak Stepan Lalayan (lalayev) erməni əsgərlərindən ibarət dəstəsi ilə Vorontsov küçəsində yaşayan həkim Bəybala bəy Sultanovun mənzilinə soxulur və revolverindən açdığı güllə ilə onu öldürür. Bundan sonra həyətə düşən Lalayev müsəlman dalandarı, onun arvadını və iki yaşlı oğlunu güllələyir.

20 mart 1918-ci il... S.Lalayevin başçılığı ilə otuzadək silahlı erməni Bakıda, Vorontsov küçəsində yaşayan Məşədi Əhməd Rəhim oğlunun evinə soxulur. 38 840 manat dəyərində qiymətli əşya oğurlanır. Məşədi Əhməd cinayətkarların arasında qonşusu olan dərzi Haykı və dükançı Yexuşu tanıyır. Həmin gün Bakının onlarla küçəsində bu kimi hadisələr baş verir. Qeyri-müəyyən sayda müsəlman öldürülür, onların evləri talan edilir.

20 mart 1918-ci il... Andranikin quldur dəstəsi Loru mahalının Barana rayonu (indiki Ermənistan Respublikasının Noyemberyan rayonu) ərazisindəki azərbaycanlılar yaşayan Yuxarı Körpülü kəndinə hücum edərək kəndi yandırır, 3 qocanı isə tikə-tikə doğrayırlar.

20 mart 1918-ci il... Erməni terrorçuları Urmiya, Səlmas, Xoy, Maku, Şərəfxan və digər ərazilərdə minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər...

20 mart 1919-cu il... Erməni quldur birləşmələri İrəvan mahalının Qaraxaç, Qarabağlar, Ağasıbəyli, Dəhnəz, Soğanlı Azərbaycan kəndlərinə yenidən hücum edirlər. Dinc müsəlman əhalisinə qarşı vəhşiliklər törədirlər. Erməni quldurları kişilərə divan tutduqdan sonra qadınları əsir götürürlər.

20 mart 1919-cu il... Erməni silahlı dəstələri Naxçıvana hücum edirlər. Erməni faşistləri qarşılarına çıxan bir neçə kəndi yer üzündən silirlər. Ordubadda özünü qəza rəisi təyin edən Aşot Mosesyantsın quldur dəstəsi azğınlıqlar törədir.

20 mart 1920-ci il... Şuşa şəhəri ermənilər tərəfindən talan edilir.

20 mart 1920-ci il... Ermənilər Qarsda və Azərbaycanla sərhəd rayonlarında hərbi əməliyyatlara başlayırlar.

20 mart 1922-ci il... Zaqafqaziya Ölkə Komitəsi Qarabağ məsələsi ilə bağlı yeni çağırışlar səsləndirir.

20 mart 1938-ci il... Azərbaycan SSR XDİK-nin DT idarəsinin baş mayoru Rzayevin əmri ilə sıralarında xeyli azərbaycan ziyalısı olan 234 nəfər güllələnir.

20 mart 1991-ci il... Yuxarı Qarabağın Xocavənd və Qaradağlı yaşayış məntəqələri minaatanlardan və pulemyotlardan atəşə tutulur. İnqilab Hüseynovun və Məmməd Şükürovun evi partladılır, 3 yaşlı körpə Elçinin qorxudan dili tutulur.

20 mart 1991-ci il... Moskvada keçirilən yazıçıların “Aprel” təşkilatının iclasında “Rusiya ziyalılarının Qarabağ Komitəsi” adlanan qondarma qurum yaradan “Aprel”çilər Dağlıq Qarabağ məsələsinə münasibətdə qeyri-prinsipial mövqe tutaraq hadisələrə birtərəfli mövqedən yanaşırlar.

20 mart 1992-ci il... Bakıda doğulan, sonralar Suriyada erməni kilsəsində çalışan terrorçu Stepan Mirzəxanyan Bakıda Təzə-pir məscidinin yandırılmasına cəhd edir. Hüquq-mühafizə orqanları bu cinayət ilə bağlı cinayət işi qaldırsa da, az müddət sonra S.Mirzəxanyan yayınaraq Bakını tərk edə bilir.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar