Daha bir baş məşqçidə COVID-19 aşkarlanıb

07 İyun 2020 20:48    491 Baxış   
Daha bir baş məşqçidə COVID-19 aşkarlanıb
İtaliyanın "Parma" futbol komandasının baş məşqçisi Roberto DAversa koronavirusa yoluxub.

Dominant.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin özü açıqlama verib.

O bildirib ki, martın 9-da SPAL komandasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra azacıq hərarəti olub. DAversa bunu qorxulu hesab etməməsi səbəbindən test vermədiyini vurğulayıb. Baş məşqçi xəstəliyin bir neçə gün öncə qan analizi verməsindən sonra təsdiqləndiyini əlavə edib.

DAversa A Seriyasında "Atalanta"dan Can Pyero Qasperini və "Fiorentina"dan Cüzeppe Yakinidən sonra koronavirus aşkarlanan üçüncü baş məşqçi olub.

Qeyd edək ki, mayda "Parma"nın iki futbolçusunun koronavirus testi müsbət çıxıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar