Daşkəsən dəmir filizi yataqlarının işlənməsinə dair müzakirələr aparılır

25 Avqust 2021 20:18    3994 Baxış   
Daşkəsən dəmir filizi yataqlarının işlənməsinə dair müzakirələr aparılır

“Daşkəsən” dəmir filizi sahəsində üstaçma, dəmir filizinin çıxarılması, nəqli və anbarlaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihəsinə əsasən, iş həcminin müəyyən edilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Dominant.az bildirir ki, “AzerGold” QSC-dən verilən məlumata əsasən, görüşdə mütəxəssislər tərəfindən yataqların işlənməsinin ilkin mərhələsi, filiz mədənləri və ərazilərində ilkin vəziyyətə dair 2020-ci ilin oktyabr ayından etibarən aparılan ekoloji monitorinqlər barədə məlumat verilib.

Bildirilib ki, istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işləri davam etdirilir. İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna uyğun şəkildə idarə olunması, eləcə də, su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi və digər konkret tədbirlər sənəddə öz əksini tapacaq.

Görüş iştirakçıları tərəfindən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun işlənilməsinin və sənəddə öz əksini tapan tədbirlərin icrasının vacibliyi xüsusilə qeyd edilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar