Milli idmançıların iştirak edəcəyi dünya çempionatının yeri dəqiqləşib

18 İyun 2020 23:00    555 Baxış   
Milli idmançıların iştirak edəcəyi dünya çempionatının yeri dəqiqləşib
Azərbaycan idmançılarının daimi iştirakçısına çevrildiyi fiqurlu konkisürmə üzrə dünya və Avropa çempionatlarının keçiriləcəyi yer bəlli olub.

Dominant.az xəbər verir ki, Beynəlxalq Konkisürmə Federasiyası (İSU) dünya çempionatının İsveçin paytaxtı Stokholmda keçiriləcəyini təsdiqləyib.

2021-ci ildəki çempionat martın 22-28-də baş tutacaq. Avropa çempionatı isə yanvarın 25-31-də təşkil olunacaq. Turnirə Xorvatiya Zaqrebi ev sahibliyi edəcək. Gənclərin dünya çempionatı martın 1-7-də Çinin Harbin şəhərində baş tutacaq.

Qeyd edək ki, 2020-ci ildə Kanadanın Monreal şəhərində keçirilməli olan mundialın təşkilinə koronavirus pandemiyası imkan verməyib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar