Qənirə Paşayeva dünya azərbaycanlılarına çağırış edib

25 Fevral 2021 17:20    555 Baxış   
Qənirə Paşayeva dünya azərbaycanlılarına çağırış edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə keçirilən "onlayn" konfransında, soyqırım həqiqətlərinin dünya ictimaitənə çatdırılması sahəsində Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!" beynəlxalq kampaniyasını minnətdarlıq vurğulayaraq, ümumən Heydər Əliyev Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər haqqında fikirlərini bölüşüb.

Millət vəkili Ermənistan siyasi-hərbi rəhbərliyinin, onların Dağlıq Qarabağdakı oyuncaq əlaltılarının 366-cı alayın dəstəyi və iştirakı ilə Xocalıda törətdiyi soyqırımı insanlıq əleyhinə akt və müharibə cinayəti olaraq şərh edib:

"Bizim, dünyadakı bütün vətənpərvər həmvətənlərimizin, türk ölkə və topluluqlarının Avropadakı, dünyadakı diaspor təmsilçilərinin, dostlarımızın əsas vəzifələrindən biri Xocalı soyqırımı, Ermənistanın Azərbaycana təcavüzünün acı nəticələri, o cümlədən tarixi-mədəni abidələrə qarşı vandallıqlar barədə beynəlxalq ictimaiyyəti davamlı məlumatlandırmaq olmalıdır. Biz Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq”.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar