Şəhid komandirin əsgəri Ali Baş Komandana təşəkkür etdi

14 Sentyabr 2021 22:01    611 Baxış   
Şəhid komandirin əsgəri Ali Baş Komandana təşəkkür etdi

Bir neçə ay əvvəl saytımızda "Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə müraciət etdi" sərlövhəli yazı yayımlanmışdı. Yazı 1981-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan, Silahlı Qüvvələrin Polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğluna şəhidlik statusunun verilməməsi ilə bağlı idi. Şəhidin 10 yaşlı qızı Zeynəb Miriyeva Prezidentə müraciət edərək, atasının şəhid kimi tanınmasını xahiş edirdi. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Telman Miriyev 2016-ci il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olub.

Mərhum polkovnik-leytenantla bağlı növbəti xəbərimiz var. Belə ki, Prezident İlham Əliyev onun övladının çağırışına biganə qalmayıb. Telman Miriyevə şəhidlik statusu verilib. Dominant.az-a bu barədə mərhum komandirin əsgəri olmuş Elnur Ağayev məlumat verib.

"Komandirimin anası Xanımgül xanım ilə tez-tez əlaqə saxlayıram. Onun mənə verdiyi son məlumat, "Telmana şəhidlik statusu verildi" xəbəri oldu. Şəhidin anasının, həmçinin öz adımdan Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edirəm", - deyə E.Ağayev bildirib.

Xanlar Əlibəy



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar