Tanınmış jurnalist Vətən müharibəsi iştirakçılarına görə Milli Məclisə müraciət etdi

19 Noyabr 2020 14:34    147 Baxış   
Tanınmış jurnalist Vətən müharibəsi iştirakçılarına görə Milli Məclisə müraciət etdi

Tanınmış jurnalist Azər Qismət Azərbaycanın ərazi bötüvlüyü uğrunda döyüşən əsgərlərin, eyni zamanda şəhid ailələrinin cəmiyyətdə fərqləndirilməsi üçün döş nişanlarının hazırlanması təklifi ilə Milli Məclisə müraciət edib.

Dominant.az xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikası
Milli Məclisinin sədri
Sahibə xanım Qafarovaya

Hörmətli sədr!

Hörmətli millət vəkilləri!

Sentyabrın 27-dən etibarən başlanan Vətən müharibəsində Azərbaycanın minlərlə əsgəri torpaqlarımızın işğaldan azad edilməsi zamanı qəhrəmanlıq nümunəsi göstərdilər. Döyüşlər zamanı həlak olanlar, əlil düşənlər oldu.

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu, tarixi Bəyanat imzalandı. Düşmən bütün cəbhələrdə sarsıdıcı məğlubiyyətə düçar oldu.

Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda döyüşən əsgərlərin, eyni zamanda şəhid ailələrinin cəmiyyətdə fərqləndirilməsi üçün döş nişanlarının hazırlanmasına zərurət yaranıb. Sizdən xahiş edirəm ki, Milli Məclisin növbəti iclaslarının birində “Vətən müharibəsi veteranı”, “Şəhid valideyni”, “Şəhid övladı”, “Vətən müharibəsi əlili” döş nişanlarının hazırlanmasına dair qərar qəbul edəsiniz.

Döş nişanlarının yaradılması cəmiyyətdə həmin insanlara hörmətin aşılanması, xüsusi statusla qəbul edilməsi yönümündə əhəmiyyətli dərəcədə vacib addım olar".

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar