İcra başçısının şirkəti ilə bağlı qərar verildi

21 Fevral 2021 21:10    682 Baxış   
İcra başçısının şirkəti ilə bağlı qərar verildi

Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki şirkətinə və asfalt zavoduna qoyduğu 7 milyon avronun "halal" olması barədə fətva verib. Belə ki, Lvov vilayətində elan olunan tenderlərdən birində iştirak etmək üçün "ALOV-BUD" MMC antikorrupsiya idarəsindən arayış almaq məcburiyyəti ilə üzləşib. Həmin idarə də şirkətin direktoru Vüqar Hacıyevə "halallıq serifikatı" təqdim edib».

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Ziyəddin Əliyev hələ ötən ilin mayında Ukraynada korrupsiya əleyhinə araşdırmalarının hədəfindən yayınmaq üçün "Alov-bud" MMC-nin qeydiyyat sənədlərində müəyyən dəyişikliklər apararaq, adını sənədlərdən çıxartdırıb. Şirkət onun ən yaxın adamı və Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirilib. Vüqar Hacıyev Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşıdır.

pravda.az
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar