“Azərxalça” ilk dəfə Moskvada xalçalarını sərgilədi

14 Sentyabr 2021 15:53    690 Baxış   
“Azərxalça” ilk dəfə Moskvada xalçalarını sərgilədi


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəliyinin də iştirakı ilə “Azərxalça” ASC öz məhsullarını Moskva şəhərində keçirilən “Heimtextil Russia 2021” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirdi. Qeyd edək ki, qədim sənət nümunəsi, milli irsimiz olan Azərbaycan xalçaları Moskvada ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş olundu.

2021-ci ilin sentyabr ayının 14-16-da keçiriləcək Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq “Heimtextil Russia 2021” sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər qatılacaqlar. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunacaq. Sərgidə ənənəvi (klassik) Azərbaycan xalçaları ilə yanaşı “Azərxalça” nın son zamanlarda yerli və dünya bazarına çıxardığı yeni üslublu, modern xalçaları da nümayiş olunacaq. Təlabatı nəzərə alaraq Qarabağ xalçaları daha üstünlük təşkil edəcək.

14 sentyabr Azərbaycan Respublikasının sərgidəki milli pavilionun açılış mərasimi baş tutdu. Mərasimdə Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəsi Ruslan Əliyev və başda “Azərxalça” ASC-nin İdarə Heyətinin Sədri Emin Məmmədov olmaqla cəmiyyətin yaradıcı qrupu da iştirak etdi.

Məlumat üçün bildirək ki, Moskva şəhərinin düz mərkəzində yerləşən Mərkəzi Sərgi Kompleksi “Ekspocenter” də təşkil olunan sərgiyə hər il ümumi hesabla 17 min mütəxəssis baş çəkir. Digər illərdən fərqli olaraq 2021 -ci ildə “Heimtextil Russia” eyni vaxtda və bir məkanda “Interlight Russia | Intelligent building” və “Techtextil Russia” sərgiləri ilə birləşərək iştirakçıların məhsullarını – ev tekstili məhsulları, interyer parçaları, divar kağızları, boya, dekorativ işıqlandırma, ağıllı evlər üçün sistemlər və ev aksesuarları və s. nümayiş etdirmək üçün qlobal bir platforma yaradır.

Sərgi zamanı dizaynerlər və dekorativ sahə mütəxəssislərinin tekstil dizaynı və daxili dekorasiya ilə bağlı mühazirələri keçiriləcəkdir. Söhbət əsasən trendlər və yeni məhsullar üzərində qurulacaq. Avropa və Rusiyadan olan aparıcı dekorativlər, dizaynerlər, memarlar, mühazirə salonunda təcrübələrini və ən gözə çarpan layihələrini bölüşəcəklər.

Diqqət evlərin və ya mənzillərin interyerlərinə deyil, eyni zamanda restoranların, klubların, barların və digər iaşə obyektlərinin, həmçinin ofislər və sənaye binalarının təchiz olunmasına xüsusi diqqət yetiriləcəkdir.

Ölkəmizi və milli irsimiz hesab olunan xalçaları ölkə hüdudlarından kənarda təmsil edəm komandamıza uğurlar arzulayırıq!




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar