Hoğa kəndi ərazisində ermənilər azərbaycanlıları qətlə yetirdilər

07 May 2021 18:21    6035 Baxış   
Hoğa kəndi ərazisində ermənilər azərbaycanlıları qətlə yetirdilər

7 may 1905-ci il...
Erməni silahlı quldurları Naxçıvan qəzasının Tumbul erməni-müsəlman kəndində (bu kəndin əhalisinin böyük əksəriyyəti azərbaycanlılar idi) 1 nəfər azərbaycanlını amansızlıqla qətlə yetirirlər.

7 may 1918-ci il...
Cəbrayıl qəzasının Köhnə Tağ kəndində yuva salmış daşnak terror qrupunun üzvləri tərəfindən dağtumas kənd sakinləri Eyvaz İbrahimoğlu və Məhəmməd Cəfərqulu oğlu Mirzəli kovu deyilən ərazidə qətlə yetirilir.

7 may 1938-ci il...
Azərbaycan SSR Ali Soveti yerli halinin etirazına baxmayaraq, Laçın, Qubadlı, Kəlbəcər, Qazax bölgələrindən 2000 hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edir.Qərar həyata keçmir, amma 7 may 1969-cu il tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq edir...

7 may 1991-ci il...
Ağdam rayonunun Mərzili kəndinin sakini ermənilər tərəfindən girov götürülür.

7 may 1992-ci il...
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov axşam saat 19 radələrində, Tehran şəhərində İran prezidenti Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti T.Petrosyan ilə görüşərək sənəd imzalayırlar. İmzalanan bu sənədin 3-cü bəndində Laçın dəhlizinin “humanitar dəhliz” kimi Dağlıq qarabağ ermənilərinə güzəşt edilməsi nəzərdə tutulur. Y.Məmmədovun gətirdiyi arqumentə görə, sənəd fars dilində tərtib olunduğu üçün o, burada nə yazıldığından xəbərsiz olduğundan bu sənədi imzalamışdır. (?) bu sənədin imzalanmasından bir neçə saat sonra erməni-rus silahlı birləşmələri tərəfindən Şuşa şəhəri işğal edilir. Bundan 10 gün sonra isə Laçın şəhəri ermənilər tərəfindən işğala məruz qalır.

7 may 1992-ci il...
Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndi ərazisində gedən döyüşlərdə 6 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir, 10 nəfər yaralanır.

7 may 1992-ci il...
Erməni yaraqlıları Şuşa rayonunun Xəlfəli, Kosalar, Qaybalı və Zarıslı kəndlərinə güclü hücuma keçirlər. Dağıntılar və tələfat olur...

Cəmil Məmmədli


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar