Qənirə Paşayeva bir qrup ziyalı, sənətçi və vətəndaşla görüşüb

26 Aprelel 2022 09:32    10433 Baxış   
Qənirə Paşayeva bir qrup ziyalı, sənətçi və vətəndaşla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva bir qrup ziyalı, sənətçi və vətəndaşla görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin ənənəvi vətəndaş qəbulu günündə yaradıcı ziyalılar - Azərbaycan Respublikasının Əməkdar artisti Qorxmaz Əlilicanzadə, gənc musiqiçi Turan Məmmədli, gənc rəssam Nərmin Eybalıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Məhəmməd Qulamov, fəlsəfə dokturu, pedaqoq Mail Yaqub, rəssam Elşən Karaca, “Uğur” Milli kamera ansamblının rəhbəri Şərqiyyə Mustafayeva, habelə Şəmkir rayonu, Düyərli kənd sakini Əsginaz Vəlirzayeva və vətəndaş Ülkər Yəhyazadə ilə görüşüb.

Komitə sədri yaradıcı aydınlara öz sənət, peşə və araşdırma fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, eləcə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə, gənclərin motivasiyasına töhfə verdiklərini söyləyib:

"Siz şəxsi nümunələrlə, öz işinizə məsuliyyətli yanaşmalarınızla təqdirəlayiq fəaliyyət göstərirsiz. Sizə təşəkkür edirəm"!

Komitə sədri görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
Sənətçilər, mədəniyyət işçiləri və gənclər səmimi görüş və fiki mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
Komitə sədri onların uğurları, qayğıları, planları ilə maraqlanıb, hər birinə yeni uğurlar arzulayıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar