"Toyota Highlander" 2020-ci il modeli artıq Azərbaycanda - FOTOLAR

24 Noyabr 2020 10:24    944 Baxış   
"Toyota Highlander" 2020-ci il modeli artıq Azərbaycanda -  FOTOLAR

Payızda Azərbaycana yeni yolsuzluq avtomobili "Highlander" gətirilib. "Highlander" 7 nəfərlik yolsuzluq maşınıdır.

Dominant.az xəbər verir ki, bu model iki verisiyada istehsal olunub -2.5L mühərik həcmili hibrid və 3.5L mühərrik həcmli benzinlə çalışan.

Bakıya gətirilən "Highlander" 3.5L benzinlə çalışan avtomobildir. Maşın "Toyota"nın Azərbayacanda rəsmi dileri tərəfindən gətirilib. Avtomobil yeni texnologiyalarla təhcilz edilib.

Yeni 2020-ci il buraxılışlı "Toyota Highlander" gündəlik səfərləri daha mükəmməl etməyə qadirdir.

"Toyota" Yeni Qlobal Arxitektura (TNGA) platformasının sayəsində sürücü və sərnişinlərə daha böyük imkanlar, komfort və təhlükəsizlik vəd edən bu avtomobildə 8-dək insan səyahət edə bilər. Yeni "Highlander" dəbdəbəli və müasir interyeri ilə zövqlü görünür. Avtomobilin sərt cizgilərə malik alət paneli 8 düym sensor displeyə malikdir.

Avtomobildəki "Toyota Safety Sense" 2020-ci il buraxılışlı hər bir "Highlander" avtomobilinə xas aktiv təhlükəsizlik funksiyalarıdır. Bu innovativ funksiyalar sürücünü və sərnişinləri xəsarətdən qorumaq məqsədi daşıyır. TSS (Toyota Safety Sense) kimi aktiv təhlükəsizlik sistemləri sürücüyə kömək üçün nəzərdə tutulub.

"Toyota" daima yeni texologiyalar tətbiq etməklə nəqliyyat vasitələrinin daha təhlükəsiz, ətraf mühitə zərər verməyən, komfortlu olmasına çalışır. Yeni "Highlander" də texnoloji yeniliklərlə təhciz olunmuş belə modellərdən biridir. Daha çox ailə, səyahət üçün əlverişli olan bu avtomobil Azərbaycanda tələb olunanlardandır.
"Toyota Highlander" 2020-ci il modeli artıq Azərbaycanda -  FOTOLAR
"Toyota Highlander" 2020-ci il modeli artıq Azərbaycanda -  FOTOLAR


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar