Xalq artisti Canəli Əkbərov komaya düşüb

21 Oktyabr 2021 14:53    277 Baxış   
Xalq artisti Canəli Əkbərov komaya düşüb

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb.

Bunu "Report"a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.

Qeyd edək ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar