Əsgər mesajı

06 Noyabr 2020 21:52    734 Baxış   
Əsgər mesajı

Dominant.az yazar Mahir Mehdinin yeni şeirini təqdim edir:

Əsgər mesajı

... Vaxt tapıb bitirmədiyin
çox asanca
bir işəm...
Qəfildən dartılar qapı,
açarsan ki
gəlmişəm.

Keçib güllədən, ortanı
yüyürmüşəm
qıraqla.
Soldan vurulmuşam, yerə
çatıram sağ ayaqla.

Görərsən,
bir ayaq - əsa...
əskikəm yerişimdən.
Yıxılıb düşmüş tərəfim
dayanıb girişində.

Qayıtmışam, tək ayaqla
bu əsanı
ötməyə...
Hər axşam sənin ifanda
özümü eşitməyə...


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar