Rusiyanın Ukraynadakı müharibədə itkiləri artır– FOTO

13 May 2022 15:39    910 Baxış   
Rusiyanın Ukraynadakı müharibədə itkiləri artır–   FOTO

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 26 900 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1205 tankı, 2900 zirehli döyüş maşını, 542 artilleriya sistemi, 193 reaktiv yaylım atəşi sistemi, 88 HHM sistemi, 200 təyyarəsi, 162 helikopteri, 2042 avtomobil texnikası, 13 gəmisi, 405 kəşfiyyat PUA-sı, 41 xüsusi texnikası, 95 qanadlı raketi məhv edilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar