Azərbaycanlı idmançılar dünya çempionu adını qazanıblar

07 İyun 2021 11:23    7107 Baxış   
Azərbaycanlı idmançılar dünya çempionu adını qazanıblar

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar.

Dominant.az xəbər verir ki, Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Cəlal Cəlallı isə ukraynalı rəqibinə qalib gələrək, 80 kiloqram çəki dərəcəsində çempionatın baş mükafatına layiq görülüb.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib. Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar