FİFA AFFA-nı cərimələdi

01 Noyabr 2021 20:39    755 Baxış   
FİFA AFFA-nı cərimələdi

FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.

Dominant.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan millisinin Portuqaliyaya qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5 000 İsveçrə frankı məbləğində ziyana salıb.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılmış və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.

(Axar.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar