Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

27 Dekabr 2021 18:08    78 Baxış   
Azərbaycanda koronavirusa yoluxanların sayı  açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan dominant.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.



İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib. 10 970 nəfər aktiv xəstə sayını təşkil edib.



Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, bu günə qədər isə ümumilikdə 5 824 190 test icra olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar