Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı

16 Sentyabr 2021 13:55    266 Baxış   
Azərbaycanda “Mu” ştammına yoluxan var? -  ÜST açıqladı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının "Mu" ştammına yoluxma faktı qeydə alınmayıb. "Mu" ştammının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır.

Dominant.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 
ÜST rəsmisi bildirib ki, "Mu" ştammı əsasən Cənubi Amerikada geniş yayılıb:

"Yoluxma faktı ilə bağlı Azərbaycanın səhiyyə strukturlarında vaxtaşırı analizlər aparılır. COVID-19-un "Mu" ştammına yoluxma faktı qeydə alındıqda ictimaiyyətə məlumat veriləcək".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar