Koronavirusa görə bütün məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

19 Oktyabr 2021 11:13    121 Baxış   
Koronavirusa görə bütün məktəblər bağlanacaq? -  Nazirlikdən AÇIQLAMA

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Dominant.az-ın məlumatına görə, nazirlikdən Reporta-a bildirlib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar veriləcəyi halda ictimaiyyətə açıqlanacaq.

Hələlik belə bir qərar yoxdur.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar